"BMT "bəyanatı" Ermənistan XİN-in növbəti uydurmasıdır"

25.05.2016 19:14     Dünyadan reaksiya     1039

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında "bəyanat" yayması barədə xəbərlər Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) növbəti uydurmasıdır.

Reaksiya.info bildirir ki, bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdeyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan XİN-də xülya və mifologiyanın reallıqla qarışıq salınması artıq heç kimi təəccübləndimir: "Əslində, Ermənistanın BMT yanında Daimi nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir".

O əlavə edib ki, ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları makulatura məqsədilə istifadə edilir.

Şərhlər