"Xədicə İsmayılın azad edilməsi hökumətin insan haqlarına hörmətlə yanaşmasıdır" - BMT
25.05.2016 19:36 Dünyadan reaksiya 813
"Həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılması Azərbaycan hökumətinin insan hüquqlarına hörmətlə yanaşmasıdır".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan BMT- nin İşçi Qrupunun baş məruzəçisi Setonci Roland Adjovi deyib.
O, qeyd edib ki, bu müsbət haldır: "Jurnalist azadlığa buraxıldı və fəaliyyətini davam etdirəcək. Amma biz hələ ki məhkəmənin qərarı ilə tanış deyilik. Qərarla tanış olandan sonra bu barədə müzakirələr aparacağıq və bunu hesabatda qeyd edəcəyik".(azvision.az)
Şərhlər