Ermənistanın Qarabağla bağlı yeni şərti

26.05.2016 18:50     Dünyadan reaksiya     1050

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bütün işçi sənədlərdə Dağlıq Qarabağın danışıqlar tərəfi olmalı olduğu barədə maddə var.

 


Reportyor.tv-nin verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbadyan parlamentdə çıxışı zamanı deyib.

 


Onun sözlərinə görə, Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil. Nazir tezliklə Azərbaycanla imzalanması üçün hazır sənədin olmadığını da qeyd edib: 

 


Danışıqların bərpası üçün şərait olmalıdır. Əgər bu şərait və monitorinq imkanı yaradılsa, onda bu danışıqlara başlamaq olar. Hazırda məhz bu istiqamətdə səylər göstərilir. Ola bilsin ki, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə Vyana görüşündə əldə olunan razılaşmaların tam həyata keçirilməsi məsələsi müzakirə edilsin. Bu, sonradan danışıqların növbəti mərhələsinə yol aça bilər”.

Şərhlər