`46 ildir nüvə silahımız var` - Ermənistanın sabiq baş naziri
26.05.2016 19:00 Dünyadan reaksiya 1147
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan yenidən Ermənistanda nüvə silahının olduğunu bildirib. Siyasətçi əlavə edib ki, bu silah ötən əsrin 70-ci illərindən Ermənistanda var.
Bu barədə AzVision.az Ermənistanın “Aykakan Jamanak”a istinadən xəbər verir.
Baqratyan qeyd edib ki, Ermənistanda nüvə silahının olması guya Azərbaycan və Türkiyənin müdaxiləsinin qarşısını almaq üçün nəzərdə tutulub.
Sabiq baş nazir Ermənistanda nüvə silahının olması xəbərinə Azərbaycan ictimaiyyətinin verdiyi reaksiyaya da təəccüblədiyini bəyan edib: “Niyə Azərbaycan indi, 46 il sonra Ermənistanı nüvə silahı olduğu üçün məsuliyyətə cəlb etmək istəyir”.
Bu arada Baqratyan Ermənistanın nüvə potensialının MAQATE-nin nəzarət i altında olduğunu qeyd edib.
Şərhlər