Prezident Ufaya, baş nazir Kremlə getdi - FOTOLAR
09.07.2015 17:04 Dünyadan reaksiya 1979
Ermənistan prezidenti Serj Sarkisyan iyulun 9-da işçi səfərlə Rusiyaya yola düşüb.
ANS PRESS-in məlumatına görə, erməni mətbuatı yazır ki, o, Başqırdıstan paytaxtı Ufada Rusiyanın sədirliyi ilə baş tutan
BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasını birləşdirən qrup),Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Avrasiya İqtisadi İttifaqırnın (Aİİ) sammitlərində iştirak edəcək.
Maraqlıdır ki, Prezident Vladimir Putinin göstərişi bə tapşırığı ilə reallaşdırılan bu səfər zamanı Serj Sarkisyan özü ilə baş nazir Ovik Abraamyanı da aparıb.
Erməni mətbuatı bu iki rusiyapərəst şəxsin Başqırdıstan paytaxtına səfərinin sirrini açmağa çalışıb. Bununla bağlı yazılarda deyilir ki, ilk baxışda bu iki şəxs Rusiyaya gedir. Amma maraqlıdır ki, bu səfəri onlar öz aralarında müəyyənləşdirməyiblər. Çünki Serj Sarkisyan Ufaya gedib, Ovik Abraamyan isə Moskvaya. Amma, bu, ilk baxışda belə görünür.
Putin və Sarkisyan
Qəzetlər adının çəkilməsini istəməyən mənbəyə əsasən yazıb ki, Rusiya Federasiyasına səfər samitlərlə bağlı deyil. Əsas səbəb Ermənistanda son vaxtlar energetika sistemi ilə bağlı ölkədə yaranmış gərgin vəziyyətlə və etiraz aksiyaları ilə bağlıdır. İndi hakimiyyətin baş bilənləri Serj Sarkisyan və Ovik Abraamyan bu vəziyyətdən çıxış yollarını tapmağa çalışırlar. Onlar bunun yeganə yolunu ruslara yalvarmaqda görürlər və ona görə də Moskva rəhbərləri ilə mövqelərini uyğunlaşdırmağa cəhd göstərirlər.
Ümumiyyətlə, İrəvanda vəziyyət gərgin, dramatik olaraq qalır. Əhali indiki rəhbərliyin tutduğu mövqedən narazıdır və bu rejimi yola salmağa hazırlaşır. İqtidardakılar isə bu bəladan qurtulmaq üçün Kremlə üz tuturlar. Xalq isə yenidən su qiyamına (FOTO) və enerji qiymətləri ilə bağlı etiraz aksiyalarına hazırlaşır.
Serj Sarkisyan və Ovik Abraamyan vəziyyətdən çıxış yollarını düşünürlər.
Şərhlər