Savçenkonun prezidentliyi gündəmə gəldi
27.05.2016 16:37 Dünyadan reaksiya 892
Ali Radanın deputatı, Rusiya əsirliyindən yenicə azad olunmuş Nadejda Savçenko prezidentliyə hazır olduğunu bəyan edib.
Axar.az xəbər verir ki, Savçenko hazırda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırır:
“Əgər ukraynalılar məni prezident kimi görmək, siyasi xadim olmağımı istəyirsə, siyasətlə məşğul olaram”.
Xatırladaq ki, 2 gün öncə Ukrayna Prezidenti Pyotr Poroşenkonun rəsmi saytında Nadejda Savçenko ilə bağlı müraciət yayımlanmışdı. Poroşenkoya ünvanlanan məktubda Savçenkoya prezident postunu güzəştə getmək xahiş edilirdi.
"Nadejda Savçenko - məhz belə insanlar bizim dövlətimizi idarə etməlidir", — müraciətdə qeyd edilmişdi.
Şərhlər