Terrorçu Babayanın Qarabağa gəlişinin ŞOK SƏBƏBLƏRİ: Ohanyan açıqladı - FOTOLAR

27.05.2016 17:52     Dünyadan reaksiya     1574

Ermənistanın müdafiə naziri Seyran Ohanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın ilk “müdafiə naziri”, general-leytenant Samvel Babayanın Azərbaycan işğal olunan ərazilərinə qayıtmasını təsdiqləyib.

 

Publika.az-ın erməni mediasına istinadən yaydığı məlumata görə, Seyran Ohanyan azərbaycanlılara qarşı terrorçuluq cinayətləri törətmiş Samvel Babayanın mayın 23-də Ermənistana gəldiyini etiraf edib.

 

Eyni zamanda Seyran Ohanyan Qarabağda separatçı erməni hərbiçiləri arasında ciddi ruh düşkünlüyü yarandığını da etiraf edib: “Son hərbi əməliyyatlar sübut etdi ki, Qarabağda Samvel Babayan kimi şəxslərə ehtiyac var. Hazırda Qarabağda ruh yüksəkliyi yaranması üçün Samvel Babayanın orada olması vacibdir. Çünki o Qarabağ erməniləri arasında yaxşı nüfuza malikdir”.

 

Xatırladaq ki, Samvel Babayan birinci Qarabağ döyüşləri zamanı minlərlə günahsız azərbaycanlının qətlə yetirilməsinə və Azərbaycan torpaqlarının işğalı prosesinə başçılıq edən əsas şəxslərdən biri olub.

 

O, 2000-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” olmuş Arkadi Ghukasyan qarşı sui-qəsd cəhdinə görə 15 il müddətinə həbs cəzasına məhkum olub. Ancaq Samvel Babayan cəzasının cəmi 4 ilini çəkəndən sonra azadlığa buraxılıb.

Şərhlər