Türkiyənin yeni baş naziri Bakıya gəlir

27.05.2016 18:04     Dünyadan reaksiya     1158

Səfər iyunun 1-nə planlaşdırılıb.

Türkiyənin yeni baş naziri Binali Yıldırım Azərbaycana gələcək. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti xəbər yayıb.

Səfərin iyunun 1-nə planlaşdırıldığı bildirilir.

Yıldırım baş nazir kimi ilk olaraq Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək.

Daha sonra o, Azərbaycana gələcək. Onun prezident İlham Əliyevlə görüşəcəyi bildirilir. 

Binali Yıldırım mayın 20-də Türkiyənin baş naziri seçilib. O, eyni zamanda Ədalət və İnkişaf Partiyasının (AKP) sədridir. Yıldırımdan əvvəl baş nazir vəzifəsini Əhməd Davudoğlu icra edib. Davudoğlu mayın 5-də istefa verdiyini elan edib. 

Yıldırım mayın 24-də  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra yeni hökumətin tərkibini elan edib. 

Yeni baş nazir ilk Qarabağ bəyanatında münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcəyini demişdi. “İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”.

Baş nazir Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problemi kimi qəbul etdiyini demişdi.

 

Şərhlər