Medvedev: Cavab tədbirlərinin artırılmasına dair tapşırıqlar verdim

27.05.2016 18:12     Dünyadan reaksiya     1103

Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq

Rusiyanın baş naziri Dmitri Medvedev Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətinin uzadılmasına dair G7 ölkələrinin qərarına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, nazir Qərbin sanksiyalarına cavab olaraq 2017-ci ilin sonuna qədər cavab tədbirlərinin artırılmasına dair tapşırıqlar verib.

"Mən 2017-ci ilin sonuna qədər cavab tədbirlərinin artırılmasına dair təkliflər hazırlamağı tapşırdım. Bu barədə prezidentə rəsmi şəkildə müraciət ediləcək və hökümətin qərarı ilə rəsmiləşdiriləcək", - deyə baş nazir bildirib.

Bu gün Böyük Britaniyanın baş naziri Devid Kemeron "Böyük yeddiliyin" Rusiyaya qarşı sanksiyalarının iyun ayında uzadılacağını bildirib. 

"Ukrayna Rusiyanın təcavüzünün qurbanıdır. Biz bu danılmaz faktı unuda bilmərik. Odur ki, Minsk razılaşması yerinə yetirilənədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalacaq", - deyə baş nazir sammitin yekunlarını şərh edərkən bildirib.

Devid Kemeron-Böyük Britaniyanın baş naziri
Devid Kemeron-Böyük Britaniyanın baş naziri

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddəti 31 iyulda başa çatır. Sanksiyaların uzadılması barədə məsələləri Aİ ölkələri 28-29 iyunda müzakirə edəcək.

"Böyük yeddilik" sammiti
"Böyük yeddilik" sammiti

 

Şərhlər