Fransalı deputatlar işğal altındakı Talış kəndinə gediblər - FOTOLAR

27.05.2016 18:18     Dünyadan reaksiya     1271

Fransa parlamentinin 2 deputatı Rene Ruke və Fransua Roşbluan Dağlıq Qarabağa növbəti dəfə qanunsuz səfər edib.

Reaksiya.info modern.az-a istinadən bildirir ki, bu barədə Rene Ruke öz Facebook səhifəsində yazıb. Deputat Qarabağın təmas xəttinə yaxın ərazidə yerləşən Madagiz və Talış kəndlərində erməni hərbçilərlə görüşdüklərini bildirib.

"Dostum Fransua Roşbluanla təmas xəttinin yaxınlığında yerləşən Talış və Madagiz kəndlərində olduq. Burada vətəndaşlarının təhlükəsizliyini və ölkələrinin "ərazi bütövlüyünü" qoruyan Dağlıq Qarabağın "müdafiə ordusunun" əsgərləri ilə də görüşdük".

Yerli televiziyalardan birinə danışan Rene Ruke, həmçinin Talış kəndində yaşayan yeganə mülki erməni sakinlə də görüş keçirdiklərini söyləyib.

Modern.az saytı fransız deputatların Talış və Madagiz kəndlərinə səfərinin fotolarını təqdim edir.

Xatırladaq ki, işğal altındakı Talış kəndi Azərbaycanın Goranboy rayonunun inzibati ərazisinə daxildir. 

Şərhlər