Putinin Türkiyə etirafı - VİDEO

28.05.2016 14:52     Dünyadan reaksiya     1082

"Moskva Ankaradan konkret addımlar gözləyir".

Moskva Ankara ilə əlaqələrin yaxşılaşmasını istəyir. Biz Ankaradan da münasibətlərin yaxşılaşması ilə bağlı bəyanatlar müşahidə edirik”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir PutinYunanıstan səfəri zamanı ölkənin baş naziri Aleksis Tsiprasla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bəyanatlar səsləndirilsə də Ankara tərəfindən konkret addımlar atılmayıb. "Moskva "Su-24"ün vurulması ilə bağlı Ankaradan konkret addımlar gözləyir. Amma hələ bu addımlar yoxdur. Münasibətləri biz yox, onlar pozub".

Putinin sözlərinə görə, Rusiya daha öncə Türkiyə ilə olan əlaqələrə böyük önəm verirdi. "Mən hələ də başa düşmürəm ki, Türkiyə niyə bu münasibətləri pozdu".

Putin həmçinin deyib ki,  Rusiya Türkiyə ilə müxtəlif kanallar üzərində əlaqələri davam etdirir. 

Rusiyanın prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleksis Tsipras
Rusiyanın prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleksis Tsipras

İki ölkə arasında münasibətlər ötən ilin noyabr ayından pozulub. Həmin vaxt Rusiyanın “Su 24” qırıcısı Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub.

Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu addımına çox kəskin reaksiya vermişdi. O, demək olar ki, özünü Türkiyə ilə münasibətlərin tamamilə kəsilməsinin tərəfdarı kimi göstərirdi. Putin Rusiyanın bu addımını "arxadan vurulan zərbə" adlandırıb.

Türkiyə tərəfi isə bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də Rusiya tərəfi bu iddiaları rədd edir. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.

Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Bu il yanvarın 1-dən Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, çarter reyslərini ləvğ edib, eyni zamanda birtərəfli qaydada vizasız rejimin fəaliyyətini dayandırıb. Rusiya həmçinin öz vətəndaşlarına şirkətlərinə türk vətəndaşlarını işə götürməyi də qadağan edib.

Hətta noyabrın 29-da Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə sanksiyalar tətbiq olunması barədə qərarından sonra Rusiyanın cənub dənizlərinə çıxışı olan Türkiyə boğazlarının bağlanması məsələsi gündəmə gəlmişdi. 

 

Şərhlər