Ermənilər üsyan edir: "Müdafiə naziri döyüşdə ayağını yox, başını itirib" - VİDEO
31.05.2016 18:21 Dünyadan reaksiya 2053
Ermənistanın müdafiə naziri Seyran Ohanyanı qəhrəman, əzmkar və qətiyyətli insan kimi təqdim edirlər. Bu təqdmat, "igid nazir" oreolu yanlışdır, yalandır. O, korrupsiyaya uğramış, generalların talan etdiyi ordunun naziri, rüşvətxor və quldur insandır.
Ermənistanda müdafiə naziri Seyran Ohanyanla bağlı narazılıqlar artır.
Milli.Az bildirir ki, erməni sosial şəbəkə istifadəçiləri Dağlıq Qarabağdakı "dördgünlük müharibə"nin acı nəticələrinin Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Ovik Abramyan və parlamentin spikeri Qalust Saakyanın yürütdükləri siyasətə əsla təsir etməməsindən sinirləniblər.
Ermənilərin fikrincə, Ermənistan rəhbərliyi yenə də Rusiyadan asılı vəziyyətdədir və belə şəraitdə ölkənin hər hansı formada müstəqil siyasət yürütməsindən söhbət belə gedə bilməz.
Sosial şəbəkə istifadəçilərindən biri, İrəvan sakini Qrişa Davtyan yazıb: "Ermənistanın müdafiə naziri əslən Dağlıq Qarabağdandır və onun müharibədə ayağını itirdiyi deyilir. Amma, deyəsən, Seyran Ohanyan müharibədə ayağını yox, başını itirib. Çünki ordumuz başsızdır. Dağlıq Qarabağ münaqişəsi hələlik nisbətən sakit vəziyyətdədir. Lakin müharibə yenidən başlayarsa, döyüşlərin sonu necə olacaq?! Bunu kimsə bilmir".
Ermənistan müxalifətinin liderlərindən biri, İrs Partiyasının sədri Raffi Hovvanisyan isə "Çorrord Hişxanutyun"a verdiyi müsahibəsində deyib: "Ermənistan prezidenti Serj Sarkisyan və onun nazirləri Rusiyadan tam asılı insanlardır. Onları yalnız varidatları, bir də hakimiyyətdə qalmağın yolları maraqlandırır.
Bəla da odur ki, bizim hakimiyyət Rusiyadan asılı olsalar da, Rusiya bunları adi marinetka, istənilən an dəyişilə biləcək fiqur sayır. Ermənistan rəhbərliyindən soruşanda ki, Rusiya ilə münasibətlər müstəvisində nə işlər görülür - dərhal başlayırlar sadalamağa ki, filan sənədi imzalamışıq, filan razılaşma əldə olunub. Bu, iş deyil. İş odur ki, Rusiya sənə hansısa sənədin variantını təklif edir, sən də onlara öz variantını təklif edirsən - təklif olunan sənədləri düşünmədən, kor-koranə imzalamırsan.
Məsələn, Rusiya istədiyi üçün Serj Sarkisyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması barədə anlaşmanı hər hansı şərt və ya ilkin müzakirə olmadan imzaladı. Amma Qırğızıstan belə davranmadı, AİB-ə qatılacağı təqdirdə iqtisadiyyatının müəyyən sahələrinin itkilər verəcəyini bəyan etdi. Rusiya qırğızlardan həmin itkilərin həcminin dəqiqləşdirilməsini istədi. Nəticə məlumdur: Rusiya Qırğızıstana 1,2 milyard dolları mərhələlərlə ödəyir.
Ona görə də hər şeydə, bütün problemlərimizdə Rusiyanı suçlamaq düzgün deyil. Avropa və ya ABŞ-dan da incimək olmaz. Özümüzdən küsməliyik. Rusiyanı tənqid etməklə Moskva ilə münasibətləri daha da pisləşdirə bilərik. Avropa və ABŞ-a gəldikdə isə... Rusiyadan tam asılı olan, Rusiyanın göstərişlərini dərhal, qeyd-şərtsiz, düşünmədən yerinə yetirən Serj Sarkisyan hakimiyyətini ABŞ, yaxud Avropa Birliyi niyə dəstəkləmədir ki?!"
Şərhlər