Ərdoğan: “Rusiya bizdən hansı ilk addımı gözləyir, anlamıram” Böyüt
31.05.2016 19:18 Dünyadan reaksiya 1144
“Məni maraqlandıran məsələ budur ki, bizdən hansı ilk addımı gözləyirlər? Bunu anlamaqda çətinlik çəkirəm”.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəhbərliyinin münasibətlərin bərpası üçün ilk addımı Türkiyənin atmasının vacibliyi barədə açıqlamalarına münasibət bildirərkən deyib. O, Türkiyənin müttəhimlər kürsüsündə əyləşən bir ölkə olmadığını söyləyib: “Hörmətli Putinlə münasibətlərimizin çox fərqli bir səviyyədə olduğu, iki yaxın dost münasibətlərinin mövcudluğu şəraitində bir pilotun səhvinə görə Türkiyə kimi bir dostu fəda etmələri çox düşündürücüdür. Ümid edirəm ki, bu problem tezliklə həll olunar və Türkiyə ilə Rusiya son 10 il ərzində atdıqları addımları yenidən atarlar”.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədən üzr və dəyən ziyanın ödənməsini gözlədiklərini bildirib.
Şərhlər