"Ohanyan da getsin, Xaçaturov da, Baqramyan da..." - Ermənilərin istefa tələbi
02.06.2016 12:30 Dünyadan reaksiya 1630
Ermənistanda aprel döyüşlərindən sonra həbs edilən yüksək rütbəli zabitlər korrupsiyaya öz təşəbbüsləri ilə deyil, rəislərinin əmri ilə qurşanıblar.
Reaksiya.info virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Biz ölkəmizin sahibiyik" vətəndaş təşəbbüsünün Ermənistan ordusunda baş verənlərə dair bəyanatında deyilir.
Aprel döyüşləri zamanı Ermənistan ordusunun verdiyi itkilərə, təchizatda ortaya çıxan problemlərə görə Müdafiə Nazirliyinin dörd generalı işdən azad edilib, biri general olmaqla dörd zabiti həbs olunub.
Bəyanatda deyilir ki, hakimiyyət bu həbslərlə kifayətlənməyib müdafiə naziri Seyran Ohanyanı, silahlı qüvvələrin baş qərargah rəisi Yuri Xaçaturovu və onun müavini Haykaz Baqramyanı istefaya göndərməlidir. "Bizim tələbimizin mahiyyəti budur ki, hakimiyyət sistemində kök salmış korrupsiyaya qarşı mübarizə imitasiya xarakteri daşımalı deyil", - bəyanatda deyilir.
Təşkilat bildirir ki, Serj Sərkisyanın müfəttişləri əsas günahkarları kənarda qoyaraq ordudakı korrupsiyada ikinci dərəcəli rol oynayanları həbs edirlər. Hansı ki, onlar korrupsiyaya öz təşəbbüsləri ilə deyil, yuxarı vəzifəlilərin iradəsi ilə qoşulublar. "Digər tərəfdən, bu mexanizm Serj Sərkisyanın əlində ona boyun əyməyən, təmiz zabitlərin arasında qorxu yaratmaq alətinə çevrilə bilər", - bəyanatda deyilir.
Şərhlər