Almaniya parlamentindən tarixi səhv! - Qondarma "soyqırım" qəbul edildi
02.06.2016 17:12 Dünyadan reaksiya 1159
Bu gün Almaniya Bundestaqında qondarma erməni "soyqırımı" ilə bağl qanun layihəsi səsverməyə çıxarılıb.
ATV.az türkiyə mediasına istinadən bildirir ki, Baş nazir Merkel, köməkçisi və xarici işlər nazirinin qatılmadığı səsvermənin nəticələri dəqiqələr sonra bəlli olacaq. Ölkədəki erməni cəmiyyətinin nümayəndələri və dini liderlərinin də izlədiyi iclasda layihənin qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, layihə “1915 və 1916-ci illərdə Osmanlı İmperiyasında ermənilərə və digər xristian azlıqlara tətbiq olunan qondarma “soyqırım”ın xatırlanması və anılması” məqsədini, eyni zamanda, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması və iki xalq arasında barışıq prosesini sürətləndirməyi dəstəkləməyə çağırır.
XXX
Bakı vaxtı ilə saat 12:10-da səsverməyə çıxarılan qanun layihəsi qəbul edilib.
Layihə nələri ehtiva edir?
- Əvvəlcə qanunda, Gənc Türklər hökumətinin Osmanlı İmperatorluğundakı erməniləri az qala tamamilə yox etdiyi iddia edilir və 1915-ci il hadisələri “soyqırım” olaraq xarakterizə edilir.
- Yalnız ermənilərin deyil, assuryalılar, süryanilər və kəldanilərin də soyqırıma məruz qaldığı qarşıya qoyulur.
- 1915 hadisələrinin Almaniyada məktəb, universitet və siyasi təhsil tədris planılarına qoyulması istənilir.
- Bu qərar 1915-ci ildə baş verənləri həm gələcək nəsillərə izah edəcək, həm də Almaniyada yaşayan türk və ermənilər xalqına qatı şəkildə tədbiq edəcək.
“Almaniyanın rolu utancverici”
- Qanunda Osmanlı İmperatorluğunun o zamankı hərbi müttəfiqi olan Alman İmperatorluğunun rolu "utancverici" olaraq xarakterizə və Almaniya Parlamentinin bundan böyük bir kədər hissi yaşadığı vurğulanır.
- Osmanlı İmperatorluğundakı Alman diplomatların ermənilərin sistemli tehciri və qırğını üzərinə çox dəqiq məlumatlar göndərdikləri iddia edilir.
- Qanunda "Alman imperiyası bu insanlıq günahını dayandırmağa cəhd etmədi. Alman imperiyası bu hadisələrdə bir cinayət ortaqlığı daşıyır. Alman Parlamenti Almaniyanın xüsusi tarixi məsuliyyətini qəbul edir "-ifadələri yer alır.
Şərhlər