Merkeldən "soyqırım" qərarı ilə bağlı AÇIQLAMA

02.06.2016 17:16     Dünyadan reaksiya     1334

Almaniya hökuməti Türkiyə ilə Ermənistan arasında dialoqun bərpa olunmasına yardım etmək niyyətindədir.

Reaksiya.info axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel söyləyib. Onun sözlərinə görə, Almaniya və Türkiyəni çox şey bir-birinə bağlayır. O, həmçinin Almaniyanın Osmanlı İmperiyasında baş verən hadisələrin anlaşılmasına da yardım etməyə hazır olduğunu bildirib.
 
Qeyd edək ki, Almaniya Bundestaqı bu gün "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edib. Qətnamə layihəsinin təsdiq olunduğu parlament iclasına Almaniya kansleri Angela Merkel qatılmayıb.

Şərhlər