Qondarma soyqırıma imza atan türkü siz də tanıyın
02.06.2016 17:20 Dünyadan reaksiya 1178
Bu gün Almaniya Bundestaqında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qanun layihəsi qəbul edilib.
Reaksiya.info musavat.com -a istinadən bildirir ki, qalmaqallı sənədin altında Yaşıllar Partiyasının lideri, türk əsilli Cem Özdəmirin də imzası var.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın bu məsələ ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Almaniya parlamenti qondarma "erməni soyqırımı"nı tanıyıb.
Almaniyada qondarma "erməni soyqırımı" iddialarının fəal dəstəkçilərindən olan Yaşıllar Partiyasının lideri C.Özdemir 15 il əvvəl yazdığı məqaləsində Fransada soyqırımın tanınmasını tənqid edərək, "1915 və ondan əvvəl 1895-ci ildə baş verən hadisələrin ələ alınma yeri nə Vaşinqton, nə də Paris və Berlindir" deyə vurğulamışdı.
Şərhlər