Ərdoğandan Bundestaqın "tarixi" qərarına REAKSİYA
02.06.2016 17:23 Dünyadan reaksiya 1170
Ölkəyə döndükdən sonra bu məsələni müzakirə edib, lazımi qərarı verəcəyik.
Reaksiya.info report-a istinadən bildirir ki, bunu Keniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnamə haqqında jurnalistin sualını cavablandırarkən deyib.
"Almaniyadakı səfirimizi Türkiyəyə çağırdıq. Almaniya parlamentinin qəbul etdiyi qətnamə iki ölkənin əlaqələrinə mənfi təsir göstərəcək qərardır", - deyə Türkiyə prezidenti vurğulayıb.
Baş nazirin müavini Numan Kurtulmuş "Twitter" səhifəsində Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən yazıb: "Almaniya Bundestaqının təhrif edilmiş və əsassız iddiaları "soyqırımı" olaraq qəbul etməsi və layihəyə səs verməsi tarixi bir xətadır. Almaniya parlamentinin bu qətnaməsi Türkiyə-Almaniya dostluq əlaqələrinə yaraşan qərar deyil. Türkiyə üçün bu qərar heçdir. Bu məsələ siyasətçilərin və ya parlamentlərin deyil, elm adamlarının, tarixçilərin müzakirə edəcəyi məsələdir. Türkiyə bu qərara bütün sahələr üzrə lazımi cavabı verəcək".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində qətnaməyə belə münasibət bildirib: "Öz tarixlərindəki qaranlıq səhifələri ört-basdır etmək üçün Bundestaq məsuliyyətsiz və əsassız qərar qəbul edərək, başqa ölkələrin tarixini qaralayır".
Şərhlər