ŞOK: “Erməni soyqırımı” layihəsini türk hazırlayıb - FOTOLAR
02.06.2016 20:59 Dünyadan reaksiya 3000
Almaniya parlamentində qəbul edilən uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini Yaşıllar Partiyasının həmsədri Cem Özdəmir hazırlayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistandakı “soyqırım” abidəsinə çələng qoyan tək türk olaraq tanınan Cem Özdəmirin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə qarşı düşmənçiliyi var.
“İnanıram ki, bu qərara Ankara çox qəzəblənəcək. Ancaq parlament Ərdoğan kimi despotun birinə boyun əyməyəcək. Almaniya Xarici İşlər Nazirliyinin “erməni soyqırımı” ilə bağlı sənədləri dəqiq və açıqdır. Almaniya parlamentinin “soyqırımı” tanımasından sonra Türkiyənin bunu inkar etməsi çətin olacaq”, - o, deyib.
Şərhlər