Hasan Oktay: “Erməni məsələsi sadəcə bəhanədir” - ÖZƏL

02.06.2016 21:12     Dünyadan reaksiya     1121

“Almaniyanın qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur”.
 

Bu barədə Publika.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay Almaniya Bundestaqının bu gün qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirərkən deyib.
 

Onun fikrincə, Almaniyanın bu addımının arxasında bir sıra məqamlar durur: “Bu, müəyyən mənada Davudoğlunun postundan uzaqlaşdırılmasına cavab hesab oluna bilər. Həmçinin, Almaniya-Türkiyə münasibətlərində son zamanlar meydana gələn gərginlik də burada rol oynadı. Hesab edirəm ki, Türkiyəyə qarşı bütün həssas nöqtələr hərəkətə keçiriləcək. Bu həmlələrin başında erməni məsələsi gəlir”.
 

H. Oktay hesab edir ki, Türkiyə bu həmlələrə qarşı müdafiə olunmaq üçün hərəkətə keçməlidir.
 

“Bu proses beynəlxalq münasibətlər səviyyəsində və ictimai təşkilatlar vasitəsilə dəstəklənməlidir. Almaniya bu addımı nə vaxtdan atmağa başlayıbsa, Türkiyə də həmin nöqtədən başlamalıdır. Əslində burada ermənilərə, yaxud Ermənistana qarşı addım atmaq yanlış siyasət olardı. Çünki erməni məsələ sadəcə vasitədir”, - deyə o bildirib.

Şərhlər