"Suriyada 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür" - Dövlət Departamenti

03.06.2016 09:04     Dünyadan reaksiya     885

Suriyadakı hərbi əməliyyatlarda terror qruplaşmalarının sıralarında 40 minədək əcnəbi silahlı döyüşür. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə əlaqələndiricisi Castin Sayberell bildirib.    

“Suriyada, ümumilikdə, 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür”, - deyə Sayberell brifinqdə bildirib.   
Onun sözlərinə görə, bu rəqəmlər ABŞ kəşfiyyatının təhlili nəticəsində müəyyən edilib.  
Sayberell əlavə edib ki, ölkələrin səyləri nəticəsində əcnəbi silahlılar son zamanlar Suriya ərazisinə çətinliklə keçə bilir.

Şərhlər