Ərdoğan Merkelə xəbərdarlıq etmişdi - İndependent

03.06.2016 16:50     Dünyadan reaksiya     1168

Almaniya Bundestaqının 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanun layihəsini qəbul etməsi dünya mediasında geniş müzakirələrə səbəb olub.

 

Axar.az xəbər verir ki, İngiltərə mətbuatı səsvermənin Avropanın qaçqın böhranını həll etmək üçün Türkiyəyə ehtiyacı olduğu bir vaxtda reallaşdığına diqqət çəkib.

 

“Faynənşl Tayms” qəzeti iki ölkə arasında dərin uçurumların yaranacağını bildirib:

 

“Almaniya soyqırımı tanıması ilə Türkiyəni qəzəbləndirdi. Bu, Almaniyanın Türkiyə ilə əlaqələrinə böyük zərbə vura bilər. Federal Məclisin 1915 hadisələrini “soyqırım” olaraq qəbul etməsinə etiraz edən Türkiyə dərhal Berlin səfirini geri çağırdı. Ankrada səsvermə “hörmətsiz və məlumatsızlıq” nümunəsi olaraq xarakterizə edildi. Avropanın miqrant böhranı həll olunmamış Almaniyanın bu addımı iki ölkə arasında gərginliyə səbəb ola bilər”.

 

“İndependent” qəzeti də Avropanı narahat edən məsələni – miqrant böhranını qabardıb:

 

“Parlamentdəki səsvermə Avropa Birliyinin qaçqınları geri qəbul edən Türkiyəyə ehtiyacı olduğu həssas bir dövrdə reallaşdı. Telefon danışığında Ərdoğan Merkelə xəbərdarlıq etmişdi”.

Şərhlər