ABŞ-dan Türkiyəyə növbəti zərbə

03.06.2016 17:13     Dünyadan reaksiya     978

ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan “Terrorizm 2015” hesabatında PKK-nın Suriyadakı qolları PYD və YPG-nin adı yer almayıb.

 

Axar.az xəbər verir ki, hesabatın Türkiyə haqqında olan hissəsində bu ölkədə fəaliyyət göstərən PKK, TAK, DHKP-C, MLKP kimi qruplaşmaların adı terror təşkilatı kimi göstərilib.

 

Məlumata görə, hesabatın yalnız bir yerində YPG və PYD-nin Türkiyə tərəfindən terror qruplaşması olaraq tanındığı bildirilib.

 

Bundan əlavə, 2015-ci il ərzində Türkiyədə törədilən terror aktlarının siyahısı təqdim edilib.

Şərhlər