Nalbandyan sabah İrana gedir

04.06.2016 16:10     Dünyadan reaksiya     1271

Erməni XİN rəhbəri İranın rəhbər şəxsləri ilə görüşəcək.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrana səfər edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Məlumata görə, Nalbandyanın səfəri iranlı həmkarı Məhəmməd Cavad Zərifindəvəti ilə baş tutacaq. Səfər 5-6 iyun tarixlərində olacaq.

Səfər zamanı hansı məsələlərin müzakirə ediləcəyi açıqlanmasa da nazir İranın rəhbər şəxsləri ilə görüşəcək.

Edvard Nalbandyan və Məhəmməd Cavad Zərif
Edvard Nalbandyan və Məhəmməd Cavad Zərif

İyunun 2-də Ermənistan hökuməti İrəvanla Tehran arasında ölkəyə giriş vizalarının ləğv edilməsi haqqında sazişi təsdiqləyib. Ermənistan mətbuatının verdiyi məlumata görə, bu məsələ son günlər gündəmdə idi. Bundan əvvəl Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında hökumətin növbəti toplantısında vizaların ləğv edilməsi haqqında sazişin müzakirə ediləcəyi haqda məlumat dərc edilmişdi.

Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək ölkə ərazisində qala biləcəklər.

 

Şərhlər