Ərdoğan ermənilərə səsləndi: - `Gəlin, arxivləri açaq`

04.06.2016 22:12     Dünyadan reaksiya     1622

"Dünyada soyqırım məsələsində danışmaq hüququna malik ən sonuncu ölkə Almaniyadır"

 

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqının qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Ərdoğan bildirib ki, “erməni soyqırımı”ndan Türkiyəyə qarşı şantaj vasitəsi kimi istifadə edilir.

"Almaniya Bundestaqının qəbul etdiyi qətnamənin ermənilərlə heç bir bağlılığı yoxdur. Bizim alnımız açıqdır. Erməni məsələsində mövqeyimiz birmənalıdır. Türkiyə "erməni soyqırım"ı ittihamlarını qətiyyən qəbul etmir və etməyəcək. 

Əgər, dürüstsünüzsə, gəlin arxivləri açaq. Biz buna hazırıq. Bəs, Ermənistan və bəzi digər ölkələr bu nəticələri qəbul etməyə hazırdırmı?",-deyə Türkiyə prezidenti sərt çıxış edib.

Şərhlər