İran və Ermənistan arasında viza rejimi ləğv olunacaq

05.06.2016 16:07     Dünyadan reaksiya     1187

Nalbandyan iranlı həmkarı görüşüb.

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Tehrana rəsmi  səfər edib.

Reaksiya.info APA-ya istinadən məlumatına görə,  E. Nalbəndyanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb.

İki günlük səfər zamanı E.Nalbandyan iranlı həmkarı və digər rəsmilərlə görüşəcək. 

Səfər çərçivəsində iki ölkə arasında viza rejiminin ləğvi barədə sənəd imzalanacaq. 

Sənədə əsasən viza tələb edilmədən İran vətəndaşları Ermənistanda, Ermənistan vətəndaşları İranda 90 gün müddətinə qala biləcəkləklər.

Şərhlər