BRICS - dən Rusiyaya Suriya və Ukrayna dəstəyi
10.07.2015 11:40 Dünyadan reaksiya 2273
Rusiya: Bir sonrakı BRICS konfransı noyabrda Antaliyada keçiriləcək
Rusiyanın Ufa şəhərində baş tutan BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) zirvə toplantısından sonar qəbul edilən ortaq bəyannamədə Rusiyanın Suriya təşəbbüsü və Ukrayna böhranının siyasi yollarla həllinə dəstək verilib.
Moskvanın təşəbbüsü ilə Suriyalı tərəflərin bir araya gətirilməsini dəstəkləyən BRİCS ölkələri, yeni danışıqların aparılması fikrini müsbət qarşılayıb.
Yanvar və Aprel ayında edilən iki görüşməyə diqqət çəkilən açıqlamada, "Bundan başqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi, BMT Suriya xüsusi nümayəndəsi STEFFAN De Mistura və digər beynəlxalq və regional təşkilatların siyasi həlli nəzərdə tutan səylərini dəstəkləyirik" - deyilib.
Ukrayna böhranında həllində Minsk müqaviləsinin bütövlükdə tətbiq olunduğuna toxunan BRICS ölkələri qeyd ediblər ki, "Biz Ukraynada yaşanan inkişaflarla əlaqədar dərin əndişələrimizi təkrarlayırıq. Biz problemin çözülməsində hərbi varinatın qəbul edilməz olduğunu, tək həll variantının siyasi dialoqla mümkün olduğunu vurğulamaq istəyirik".
Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında 2022 nömrəli qərarı ilə qəbul edilən Minsk müqaviləsinə diqqət çəkilən bəyannamədə, bütün şərtlərin yerinə yetirilməsi üçün tərəflərə müraciət edilib.
BRICS ölkələri ortaq bəyannamədə İŞİD və Əl Nusra terror təşkilatlarının Yaxın Şərqdə reallaşdırdıqları insanlıqdan kənar hərəkətləri də pisləyib.
Şərhlər