Hakimiyyətə gələndən 70 dövlət rəsmisini öldürtdü
10.07.2015 12:00 Dünyadan reaksiya 2355
Şimali Koreya lideri Kim Jong Unun hakimiyyətə gəldiyi 2011-ci ildən bu yana 70-dən çox dövlət rəsmisini edam etdirdiyi iddia olunub.
Reaksiya.az-ın məlumatına görə, Cənubi Koreyanın Xarici İşlər Naziri Yun Byung-se paytaxt Seulda Şimali Koreya liderinin edamlarını onun atasının hökmləriylə müqayisə edib.
Cənubi Koreyanın “Yonhap” agentliyinin xəbərinə görə, Kim Jong Unun dövründə edam hökmləri atasının dövrünə nisbətən 7 dəfə artıb.
Şərhlər