İrandan Ermənistana DOSTLUQ MESAJI

06.06.2016 17:38     Dünyadan reaksiya     1185

"Qarabağ böhranının diplomatik yolla və danışıqlarla həllinə yardım etməyə hazırıq".

Reaksiya.az APA-ya istinadən bildirir ki, bu sözləri İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görşündə deyib. 
 
Ə. Şəmxani münaqişə tərəflərini  təmkinli olmağa çağırıb və regionda böhranın genişlənməsinin qarşısının alınmasının bölgə ölkələrinin xeyrinə olduğunu bildirib. O qeyd edib ki, İran İslam Respublikasının qonşulara baxışı müsbətdir: "Enerji, kənd təsərrüfatı, tranzit, yük daşımaları kimi sahələrdə müştərək əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələri daha da inkişaf etdirə bilər".

Ə. Şəmxaninin sözlərinə görə, İran və Ermənistan arasındakı çoxşaxəli isti münasibətlərə heç bir üçüncü amil təsir göstərə bilməz: "İki ölkə  rəhbərlərinin iradəsi ölkələrimizin mənafeyi naminə əlaqələri ciddi formada inkişaf etdirmək yönündədir".
 
E. Nalbanyan isə deyib ki, sanksiyaların ləğvindən sonra Ermənistanın İranla hərtərəfli əlaqələri inkişaf etdirməsi üçün zəmin yaranıb və ölkəsi bunda qərarlıdır.

Reaksiya.az

Şərhlər