Aİ-nin Əliyev və Sarkisyanın növbəti görüşündən gözləntisi
06.06.2016 22:09 Dünyadan reaksiya 1357
"Ümid edirik ki, prezidentlərin növbəti görüşü münaqişənin nizamlanması istiqamətində konkret addım olacaq"
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret addım olacağına ümid edir.
ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Onun fikrincə, Aİ üçün bu məsələ də gündəlikdə dayanan mühüm məsələdir.
Qeyd edək ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilmişdi.
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub. ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro görüşdə iştirak edib.
Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər.
Şərhlər