İstanbulda partlayış qurbanlarının sayı 11 nəfər oldu - FOTOLAR

07.06.2016 15:25     Dünyadan reaksiya     1321

Murad Mədiyev ayağından yaralanıb.

14:45 / İstanbulda yaralanan azərbaycanlı əməliyyatda

İstanbulda bu gün səhər saatlarında baş verən terror aktı zamanı yaralanan azərbaycanlı əməliyyat edilir. Onun yerləşdirildiyi Haseki Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Murad Mədiyev ayağından xəsarət alıb. 

"O, hazırda əməliyyatdadır. Vəziyyəti yaxşı idi". 

13:54 / İstanbulda yaralanan azərbaycanlının adı bilindi

İstanbulda baş verən terror aktı nəticəsində yaralanan azərbaycanlının adı bilinib. ANS PRESS-in bölgə müxbirinin ələ etdiyi məlumata görə, bu, Murad Mərdiyev adlı şəxsdir.

Yaralıları ziyarət edən R.T.Ərdoğan ilk açıqlamanı da xəstəxanada verib. O, yaralılara şəfa diləyib, hazırda iki yaralının əməliyyatının getdiyini açıqlayıb. 

"Yaralıların vəziyyəti yaxşıdır, onlarla söhbət etdim. Qısa zamanda onlar evə buraxılacaqlar. Bizim əsgərlərimizin də, poislərimizin də məqsədi bütün millətin təhlükəziliyini qorumaqdır. Terrorun bağışlanacaq heç bir yanı yoxdur. Biz terrorla mübarizəmizə yorulmadan davam edəcəyik. Ürəyimiz qan ağlayır, amma hər şeyin bir əvəzi var. İlk insanla başlayan bu mübarizə, qiyamətə qədər davam edəcək". 

13:24 / Ərdoğan yaralıları ziyarət etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı nəticəsində yaralananları ziyarət edib. ANS PRESS-in məlumatına görə, prezident Haseki xəstəxanasına yerləşdirilən yaralılara baş çəkib. 

Dövlət başçısı yaralıların səhhəti, vəziyyətləri barədə həkimlərdən məlumat alıb. Yaralılarla görüşüb. 

Ərdoğanı xəstəxanada İstanbul valisi Hasip Şahin və baş prokuror Hadi Salihoğlu qarşılayıb. 

12:11 / Terrorda ölən-yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır

Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən araşdırılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bu barədə məlumat verib. 

TRT Haberin məlumatına görə, ölənlər arasında bir azərbaycanlı var. Onun yerləşdirildiyi ehtimal edilən xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, hələlik ölü və yaralıların adı bilinmir. Bunun üçün də onların hansı ölkənin vətəndaşı olduğunu da demək mümkün deyil. 

12:07 / Baş nazir iclas topladı

İstanbulda baş verən terror aktından sonra baş nazir Binali Yıldırımın rəhbərliyi ilə təhlükəsizlik şurasının iclası keçirilib.

Baş nazir hadisə ilə bağlı məlumat alıb. O, İstanbul valisi  Vasip Şahinlə də telefon əlaqəsi yaradıb, ətraflı məlumat alıb.

Vali jurnalistlərə açıqlamasında hazırda araşdırma aparıldığını, hadisənin təfərrüatları barədə məlumat veriləcəyini deyib.  

 

11:42 / İstanbulda ölü sayı 7 oldu

İstanbulda Vezneciler dayanacağında Çevik Polis Alayının polis avtobusuna hücum nəticəsində 7 polis şəhid olub. ANS PRESS-in məlumatına görə, bu barədə İstanbul valisi  açıqlama verib. Vali Vasip Şahinin sözlərinə görə, 7 polisdən başqa 4 mülki şəxs də həyatını itirib. Hücum zamanı daha 36 nəfər yaralanıb. 

Hələlik partlayışın canlı bomba tərəfindən və ya uzaqdan idarəetmə ilə partladıldığı bilinmir. İkinci partlayış riskinə qarşı təhlükəsizlik tədbirləri gücləndirilib. 

Türkiyə bu gün səhər yenidən günə partlayışla başlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, partlayış İstanbulda qeydə alınıb. 

Hadisə Veznecilər dayanacağı adlanan yerdə baş verib. İlkin məlumata görə, çevik polis alayının avtobusunun keçidi zamanı bombalı olduğu güman edilən maşın partladılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir.

 

Şərhlər