Ermənistanda daha bir yüksək vəzifəli məmur işdən qovuldu - Rüşvət qalmaqalı
07.06.2016 15:44 Dünyadan reaksiya 1129
Ermənistan Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri Artyom Movsesyan vəzifəsindən azad edilib.
AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın Qraparak qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Movsesyan rüşvət almaqda ittiham olunur: “Mülki Aviasiyasının Baş İdarəsi dünən rüşvət qalmaqalı barədə dərc etdiyimiz yazını nə qədər təkzib etsə də, 12 il stajı olan Artyom Movsesyanın vəzifədən azad edilməsi barədə qərar verilib. Böyük ehtimalla, tezliklə bu qərar elan olunacaq”.
Onu da bildirək ki, Movsesyanın yerinə iqtidadiyyat nazirinin müavini Sergey Avetisyanın rəhbər təyin ediləcəyi iddia edilir.
Şərhlər