Türkiyədə yenə qanlı terror, şəhidlər var - FOTOLAR
08.06.2016 14:34 Dünyadan reaksiya 1396
Bomba yüklü maşın polis idarəsinin qarşısında partladılıb.
Midyatda baş verən terror aktı nəticəsində üç nəfər ölüb. Onlardan biri polis, ikisi isə mülki şəxsdir. Ən son məlumata görə, 20-dən çox insan yaralanıb. Hadisə yerinə çox sayda təcili yardım maşını cəlb edilib.
İlkin ehtimala görə, partladılan maşında 500 kq-a yaxın partlayıcı maddə olub.
Saat 13:07
Türkiyədə bu gün yenidən terror hadisəsi törədilib. ANS PRESS-in məlumatına görə, bu dəfə terror aktının ünvanı Mardin şəhəri olub. Midyatda Bahçelievler məhəlləsi Nusaybin küçəsindəki polis idarəsinin binasına hücum olub.
Terrorçular binaya bomba yüklü maşınla hücum ediblər. İlkin məlumata görə, binanın həyətinə gələn maşın orada partladılıb. Bundan sonra PKK terrorçuları ilə təhlükəsizlik qüvvəlləri arasında atışma başlayıb. Hadisə ilə bağlı Mardinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.
Məlumata görə, partlayış nəticəsində çox sayda insan yaralanıb.
Partlayışdan sonra çoxu dövlət qurumlarına aid olan binalara ziyan dəyib.
Türkiyədə son terror hadisəsi dünən səhər baş verib. İstanbulda Veznecilər dayanacağı adlanan yerdə maşın partladılıb. Hadisə çevik polis alayı avtobusu keçən zaman qeydə alınıb. Terror aktı nəticəsində 12 nəfər ölüb, 36 nəfər isə yaralanıb. Yaralılar arasında bir azərbaycanlı da olub.
Şərhlər