İraqda son gündə 72 nəfər öldü

10.07.2015 12:43     Dünyadan reaksiya     1800

İraqda avtomobil partladılmasıyla həyata keçirilən terror aktı və İŞİD silahlılarıyla döyüşlərdə 72 nəfər ölüb, 24 nəfər yaralanıb.

Rekasiya.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,Təhlükəsizlik orqanlarından əldə edilən məlumata görə,Əz-Zaferaniyyə bölgəsində mağazaların qarşısında avtomobilin partladılması nəticəsində 6 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

İraq ordusu və Əl-Haşduş Şabi ilə İŞİD silahlıları arasında baş verən döyüşlərdə isə 17 nəfər İraq ordusundan, 47 nəfərsə İŞİD tərəfdarı olmaqla 64 nəfər ölüb.

Eyni zamanda Mosulun cənub-şərqində yerləşən Mahmurda 2 peşmərgə üzvü ölüb.

Şərhlər