Putinin sualtı qayığı Britaniyada saxlanıldı - VİDEO

08.06.2016 17:07     Dünyadan reaksiya     1266

Rusiya donanmasına məxsus sualtı qayıq İngiltərə sahillərində yaxalanıb.

 

Axar.az xəbər verir ki, “Stari oskol” adlı hücum gəmisi dünən gecə saatlarında İngiltərə sahillərinə yaxın məsafədə Kral donanmasına məxsus HMS Kent hərbi gəmisi tərəfindən saxlanılıb.

 

Raket və torpedolarla silahlanmış sualtı qayıq Şimal dənizindən La Manş boğazına keçərkən radara düşüb.

 

Britaniya mediası bu hadisəni şənbə günü baş tutacaq İngiltərə-Rusiya futbol matçı öncəsi Prezident Vladimir Putinin düşünülmüş həmləsi kimi qiymətləndirib.

 

Sualtı qayıq İngiltərə donanmasının müşayiəti ilə Pa-de-Kale boğazından keçiriləcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar