Rusiyaya qarşı sanksiyalar bir il də uzadıldı

17.06.2016 17:48     Dünyadan reaksiya     1293

Rusiya sanksiyalara cavab olaraq Qərb ölkələrindən ərzaq idxalını məhdudlaşdırıb.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il də artırıb. ANS PRESS-in məlumatına görə, Rusiya ilə Qərbin münasibətləri Ukraynadakı vəziyyətlə bağlı pisləşib. 

Ona görə Aİ Rusiyaya qarşı üç sanksiya paketi tətbiq edib:

  • İndividual sanksiyalar, hansılar ki, 2016-cı il sentyabrın 15-dən qüvvədə olacaq;
  • Sektor sanksiyalar, hansılar ki, iyulun 31-dək qüvvədə olacaq;
  • Krıma qarşı sanksiya, hansı ki, iyunun 23-dək qüvvədə olmalı idi.

                                                                                                                                      Hazırda müddəti uzadılan sanksiyalar Krıma qarşı olanlardı. Aİ bu sanksiyaların müddətini 2017-ci il iyunun 23-dək uzadıb.

Rusiya sanksiyalara cavab olaraq Qərb ölkələrindən ərzaq idxalını məhdudlaşdırıb. Ərzaq embarqosu 2016-cu il avqustun 5-dək qüvvədə olacaq.

Bu ilin mayın 27-də G7 ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə razılığa gəlmişdilər. Bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirmişdi.  

Yaponiyada keçirilən G7 sammitinin yekunları barədə danışan Devid Kemeron"yeddiliyin" Rusiyaya qarşı sanksiyalarının iyun ayında uzadılacağını bildirmişdi.

Daha əvvəl də "Böyük 7-lik" iştirakçıları birgə bəyannamə yaymışdı. Bəyannamədə lazım gələrsə, Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq ediləcəyi qeyd edilmişdi.

Devid Kemeron-Böyük Britaniyanın baş naziri
Devid Kemeron-Böyük Britaniyanın baş naziri

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov G7-nin "Minsk rasılaşmaları" ilə Rusiyaya qarşı sanksiyaların əlaqələndirməsi haqqında səsləndirdiyi bəyanatları cəfəngiyat adlandırıb. Siyasətçi onu da əlavə edib ki, Rusiya və Ukrayna münaqişə tərəfləri deyil.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
 

 

Şərhlər