Ərdoğan kürəkəninə Azərbaycanla bağlı vəzifə verdi
17.06.2016 18:08 Dünyadan reaksiya 1191
O, Türkiyə-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri təyin edilib.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib. ANS PRESS-in məlumatına görə, təyinat barədə sərəncamı Türkiyənin baş naziri Binali Yıldırım imzalayıb.
O həmçinin Türkiyə ilə Əlcəzair, Çin, Liviya, Nigeriya, Uqanda və Venesuela arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası komissiyaların həmsədri təyin edilib.
Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun istefasından sonra Berat Albayrakın bu posta namizədliyi irəli sürülmüşdü. Albayrakla bərabər namizədlər arasında dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adları var idi.
Hazırda baş nazir vəzifələrini B.Yıldırım icra edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2 kürəkəni var. Onun qızı Sümeyye Ərdoğan bu yaxınlarda məşhur iş adamının oğlu, pilotsuz uçan aparatların istehsalı üzrə mühəndis olan Selçuk Bayraktarla evlənib.
Şərhlər