Putin: “Biz gələcəkdə nə baş verəcəyini bilirik”

18.06.2016 17:17     Dünyadan reaksiya     1298

ABŞ-ın raketdən müdafiə sistemi Rusiya üçün təhdiddir.

 

Axar.az xəbər verir ki, bunu Peterburq İqtisadiyyat Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib. Onun sözlərinə görə, Moskva ABŞ-ın bu sisteminə qarşı cavab addımları atacaq.

 

“Biz təxminən bilirik ki, amerikalılar yeni raketlərini nə vaxt əldə edəcəklər. Bu raket artıq 500 kilometr yox, daha çox uzaq məsafəni vura bilər. Bu andan etibarən onlar bizim nüvə potensialımızı təhdid edəcəklər. Biz bilirik hansı illər ərzində nə baş verəcək. Onlar da bizim bildiklərimizi bilirlər”. 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar