Dünya Azərbaycanlıları Konqresinin sədri İzmir valisi ilə görüşüb - FOTOLAR

21.06.2016 09:00     Dünyadan reaksiya     1229

Azərbaycan Qardaşlık və İşbirliyi Dərnəyi (AKİDER) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Dr.Asif Kurban və dərnəyin idarə heyyəti üzvüləri tanışlıq məqsədilə İzmirə yeni təyin edilmiş vali, Erol Ayyıldızla görüşüblər. 
Görüş əsnasında A.Kurban AKİDER ve DAK haqqında E.Ayıldıza məlumat verərək, bundan öncəki vali bəylədə teşkilat olaraq sıx işbirliyində olduqlarını xatırlatdı. DAK sədri həmçinin İzmirdə yaşayan azərbaycanlılarla bağlı ətraflı məlumat verərək, yeni təyin olunmuş valini öncədən Aydında çalışdığı zamandan tanıdığını, onun gördüyü dəyərli işlər barədə yetərincə məlumata malik olduğunu vurğuladı.
E.Ayıldızda öz növbəsində A.Kurbana təşəkkür edərək, bundan sonrada DAK və AKİDER lə sıx əməkdaşlıq etməyə hazır olduqlarını vurğuladı. Eyni zamanda E.Ayıldız, Dünya Azərbaycanlılarını təmsil edən bir təşkilatın sədrinin İzmirdən olmasının da çox önəmli olduğunu vurğulayaraq, buna çox sevindiyini xüsusi ilə qeyd etdi. Və öz növbəsində vali qismində yaxın zamanlarda dərnəyi ziyarət etmək isdədiyini dilə gətirən Erol, Ayıldız, Asif Kurbanin dəvətilə AKİDER-in verəcəyi iftar süfrəsinə qatılacağını söylədi.
Sonda Vali Ayıldız ziyarət üçün DAK sədrinə və AKİDER-in idarə heyyətinə təşəkkürünü bildirdi.

Şərhlər

Çox oxunanlar