Avropa Parlamentindən tərəfdaş ölkələrə - ÇAĞIRIŞ
10.07.2015 14:35 Dünyadan reaksiya 1843
Avropa Parlamenti qonşuluq siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyü prinsipinə dəstək ifadə etdi və bu prinsipin təcrübədə həyata keçirilməli olduğunu vurğulayəb.
Azərbaycanın Aİ-dəki nümayəndəliyindən Reaksiya.Az-a veriolən məlumata görə, 9 iyul tarixində Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclası çərçivəsində məruzəçi deputat Eduard Kukanın hazırladığı “Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə qəbul edilib.
Qətnamədə Avropa Qonşuluq Siyasəti bölgəsinin təhlükəsizliyi məsələsinə əhəmiyyətli yer ayrılmışdır. Belə ki, qonşuluq ərazisinin böyük hissəsinin silahlı münaqişələrdən əziyyət çəkdiyi qeyd olunaraq bu ərazidə mövcud olan həlli uzadılmış münaqişələrin iqtisadi, sosial və siyasi dəyişiklik proseslərinə əngəl törətdiyi vurğulanır. Bu xüsusda, AQS-nin inkişafına başlıca maneə törədən həlli uzadılmış münaqişələrin (həm Şərq, həm də Cənub istiqamətində) həllində Aİ-nin daha fəal rol oynamalı olduğu qeyd olunur.
Qətnamədə Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir.
Qətnamənin sonunda bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunur, eləcə də AQS-nin bu prinsiplərə töhfə verməklə yanaşı, onları təcrübədə dəstəkləməli olduğu qeyd olunur.
Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı qətnamə AP-nin bundan öncəki 23 oktyabr 2013-cü il qətnaməsinə istinad edir və xatırlatmaq istərdik ki, burada Ermənistan-Azərbaycan Dağlıq Qarabaö münaqişəsi ilə bağlı mövqe ifadə olunaraq bəyan edilirdi: “Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozur və Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nin məlum 4 qətnaməsi əsasında həll olunmalıdır”.
Şərhlər