Türkiyədən rus pilotun ailəsinə hədiyyə
01.07.2016 19:12 Dünyadan reaksiya 1476
Türkiyənin Antalya vilayətinin Kəmər rayon Bələdiyyə sədri Mustafa Gül Rusiyanın Antalyadakı Baş konsulu Aleksandr Tolstopyatenko ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran bələdiyyə sədri ötən ilin noyabrında ölkə sərhədlərini pozduğu üçün vurulan Su-24 döyüş təyyarəsinin pilotu, polkovnik-leytenant Oleq Peskovun ailəsinə Kəmərdə ev vermək istədiklərini açıqlayıb.
Görüş zamanı bələdiyyə sədri rusiyalı diplomata rəsm tablosu və şirniyyat hədiyyə edib.
Xatırladaq ki, ötən ilin 24 noyabrında Rusiyanın Suriyadakı Su-24 döyüş təyyarəsi Türkiyə sərhədlərini pozduğu üçün vurulmuşdu. İki ölkə arasında 7 ay davam edən gərginlikdən sonra münasibətlərin bərpa olunması üçün razılıq əldə olunub.
Şərhlər