Yunanıstan adaları satışa çıxarıldı - FOTOLAR
10.07.2015 15:03 Dünyadan reaksiya 2419
İqtisadi böhranla üz-üzə qalan Yunanıstanın adaları satışa çıxarılıb.
Reaksiya.Az-ın "CNN Türk"ə istinadən verdiyi məlumata görə, “Onlayn xüsusi adalar” adlı qeyri-rəsmi saytda 17 ada satışa çıxarılıb. Satışdakı adaların sayının 120-yə çatacağı gözlənilir. Bu adalar arasında ən bahalısı Omfori adasıdır. Ən bahalı adalar Dulichium, Şimali Egey, St. Thomas ve Nissos Makri adalarıdır.
Satışa çıxarılmış digər adaların adları isə Patroklos, Nafsika, Kardiotissa, Nissos Sofia, Kythnos, Stroggilo, Lihnari, St. Johns, Tragonisi, Vouvalos ve Kato Antikeridir.
Yunanıstanda 5 mindən çox ada var.
Omfori adasının sahəsi 4.5 kv.km-dir. Qiyməti 50 milyon avrodur.
Nissos Makri adasının sahəsi 1kv.km-dir. Bu ada meşələrlə əhatə olunub.
Qiyməti 3.75 milyon avro, ərazisi 0.17 kv.km olan Gaia adasının özəlliyi isə Ancelina Coli və Bred Pit cütlüyünün buraya diqqət ayırmasıdır.
Şimali Egey adası 35 milyon avro dəyərindədir. Bu adanın hər 1kv.m-i 100 min avro qiymətindədir.
Dulichium adası satışa çıxarılan adalar arsında ən böyüyüdür. 5.4 kv.km ərazisi olan adanın qiyməti 40 milyon avrodur.
15 milyon avroya satışa çıxarılan St. Thomas-da iki kənd yerləşir.
Şərhlər