NATO baş katibi Dağlıq Qarabağ münaqişəsində gərginliyi azaltmağa çağırıb
08.07.2016 13:36 Dünyadan reaksiya 1144
"NATO-nun yekun kommunikesində Dağlıq Qarabağ məsələsini də qeyd edəcəyik. Mesaj odur ki, bütün tərəfləri gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çağırırıq".
APA-nın xəbərinə görə, bunu NATO baş katibi Yens Stoltenberq media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
"Münaqişəsnin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyirik", - deyə baş katib qeyd edib.
Şərhlər