NATO sammitinin yekun sənədində Azərbaycana dəstək
09.07.2016 18:33 Dünyadan reaksiya 1574
NATO-nun Varşava sammitində üzv dövlətlər tərəfindən dövlət və hökumət başçıları səviyyəsində yekun kommünike qəbul edilib.
APA-nın məlumatına görə, kommunikenin 24-cü paraqrafındaNATO üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməkədə sadiq olduqlarını bir daha vurğulayaraq, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMTNizamnaməsi və Helsinki Yekun aktı əsasında həllini dəstəklədiklərini ifadə ediblər.
Xatırladaq ki, 4-5 sentyabr 2014-cü ildə NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da NATO-nun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanmış və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunüb.
Şərhlər