İŞİD terrorçuları Raqqada futbolçuları edam ediblər

10.07.2016 08:00     Dünyadan reaksiya     777

İŞİD silahlıları Suriyanın “Əş-Şadad” futbol klubunun dörd oyunçusunu Raqqa şəhərində edam ediblər.  

Reaksiya - nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silahlılar izdiham qarşısında dördü idmançı olmaqla beş nəfərin başını kəsərək edam ediblər.  

Tükürpədici qanlı hadisə şəhərin mərkəzi Əl-Dəllə meydanında baş verib.   

“Daily Mail”in xəbərinə görə, terrorçular futbolçuları kürd silahlı birləşmələrinə casusluqda ittiham olunublar.

Şərhlər