NATO-nun qərarı rusları özündən çıxardı

10.07.2016 18:46     Dünyadan reaksiya     881

NATO Rusiyaya qarşı qəbul etdiyi qərarlarla son dərəcə məhdud görüşlü ittifaq olduğunu bir daha göstərdi.

 

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov NATO-nun Polşa və Baltikyanı ölkələrdə əlavə taborların yaradılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

 

“Avropanın ortasında və Yaxın Şərqdə hər saatda onlarla insanın həlak olduğu halda, Rusiya təhdidindən danışmaq yersizdir. Putin 16 ildən bəri NATO ilə əməkdaşlıq etmək niyyətindədir. Lakin bu ittifaq sərhədlərimizə hərbi qüvvələr yerdirsə, hansı əməkdaşlıqdan söhbət gedə bilər. Biz problem çıxardan tərəf olmadıq”, - Peskov bildirib.

 

Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq Polşa və Baltikyanı ölkələrdə 4 əlavə taborun yaradılması barədə qərar verildiyini açıqlamışdı.

 

Reaksiya.az

Şərhlər