NATO müharibəyə hazırlaşır - Qorbaçov

10.07.2016 18:54     Dünyadan reaksiya     1154

NATO-nun Varşava sammitində qəbul etdiyi qərarlar Rusiyaya qarşı soyuq müharibədən həqiqi müharibəyə keçilməsi anlamını daşıyır.

 

Axar.az xəbər verir ki, bu sözləri SSRİ-nın sonuncu rəhbəri Mixail Qorbaçov deyib.

 

“NATO müdafiədən bəhs etsə də, əslində hücuma hazırlaşır. Əlbəttə ki, belə vəziyyətdə Rusiya müdafiə tədbirləri görməyə məcburdur. Bütün xalqlar, BMT TŞ və digər sivil qurumlar bu yaşananlara son verməlidir. Bundan sonra heç bir qüvvə planetdəki vəziyyəti daha da pisləşdirməyə cəhd etməməlidir”, - Qorbaçov bildirib.

 

Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq Polşa və Baltikyanı ölkələrdə 4 əlavə taborun yaradılması barədə qərar verildiyini açıqlamışdı.

 

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar