Jirinovskidən ilginc etiraf: "Bu iki millətə nifrət edirəm"

10.07.2016 20:59     Dünyadan reaksiya     1087

Avropanın çempionatının final matçında Portuqaliya yığmasına azarkeşlik edəcəm.

Reaksiya.az  axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın Liberal-Demokratik Partiyasının sədri Vladimir Jirinovski bildirib.
 
"Fransa və Almaniya arasında keçirilən oyuna baxırdım. Mən hər iki millətə nifrət edirəm. Biri Napaleon, digəri Hitlerə görə. Onlar bizim ölkəmizi yandırdılar. Biz Almaniyanı bombalamır, Parisi yandırmırdıq. Ancaq onlar bizi qarət etdilər. Portuqallar isə daha zərərsizdirlər. Portuqaliya tək Avropa ölkəsidir ki, bizimlə müharibə etmək istəmirdi. Fransızlarla görüşdə Portuqaliyaya azarkeşlik edəcəm", - Jirinovski qeyd edib.

Şərhlər

Çox oxunanlar