"Bir-birimizə həsrət qaldıq" - Binəli Yıldırımdan Rusiyaya Antalya suları kimi ilıq mesaj...
10.07.2016 22:56 Dünyadan reaksiya 966
Ötən ilin 24 noyabrındakı təyyarə krizindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri Ərdoğanın Putinə üzrxahlıq məktubundan sonra qaydasına düşməyə başladı.
Bu günsə Türkiyənin cənnəti hesab olunan və rusların vaz keçə bilmədiyi Antalya turistik məkanları ilk rus təyyarəsini gül-çiçəklə qəbul etdi və 189 turist Antalya hava limanında coşqu ilə qarşılandı.
Münasibətlərin qaydaya düşməsindən hər kəs məmnun-türkiyəlilər də,rusiyalılar da. Amma deyəsən ən çox sevinən Türkiyə hökuməti və baş nazir Binəli Yıldırım olub.
Moderator.az Türkiyə telekanallarına istinadən xəbər verir ki, Türkiyənin baş naziri 189 rus tursiti gətirən təyyarənin Antalya hava limanına eniş etməsindən dərhal sonra jurnalistlərin suallarını cavablandırarkən maraqlı fikirlər səsləndirib. Baş nazir sevincini "bir-birimizə uzun sürə həsrət qaldıq" sözləri ilə ifadə edib. Binəli Yıldırım bu böhranın hər iki ölkəyə mənfi təsir etdiyini etiraf edib və tezliklə bütün sahələrdə ikitərəfli münasibətlərin qaydaya düşəcəyinə ümidvar olduğunu da bildirib.
Şərhlər