Parisdə iğtişaşlar: - 40 nəfər saxlanıldı - FOTOLAR

11.07.2016 12:18     Dünyadan reaksiya     1301

“Avro-2016”nın final oyunundan sonra baş verən iğtişaşlar nəticəsində polis tərəfindən 40-dan çox azarkeş saxlanılıb.

Reaksiya AFR-a istinadən xəbər verir ki, Eyfel qülləsi yaxınlığında 90 mindən çox azarkeşin toplaşdığı ərazidə iğtişaşlar matça qədər başlayıb.

Polisin yaydığı məlumata əsasən, azarkeşlər bir neçə maşını yandırıblar. Hüquq-mühafizə orqanı əməkdaşları suatanlardan və gözyaşardıcı qaz tətbiq etməyə məcbur qalıblar.

Parisin mərkəzində qarşıdurmalar final matçı zamanı da davam edib.

Portuqaliya və Fransa arasında “Avro-2016” çempionatının final matçı portuqaliyalıların qələbəsi (1:0) ilə başa çatıb. Portuqaliya yığması futbol üzrə Avropa çempionatı tarixində ilk dəfə çempion olub.

Şərhlər